Macarıstan Avropa İttifaqının Azərbaycana qarşı bəyanatına veto qoyub
Açıq mənbələrdən götürülüb
Avropa İttifaqı
Macarıstan Avropa İttifaqının Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını pisləyən birgə bəyanatına veto qoyub.
Toplum Tv xəbər verir ki, bu barədə “Azadlıq/Azad Avropa” radiosunun Avropa bölməsinin redaktoru Rikard Jozviak İttifaqdakı mənbələrinə istinadən məlumat yayıb.
https://toplum.tv/sosial/pazerbaycan-qarabag-ermenilerine-humanitar-yardim-goumlnderirp
Onun sözlərinə görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik üzrə ali komissarı Josep Borrelin təşəbbüsüylə hazırlanan və Azərbaycanın addımlarını pisləyən bəyanat İttifaqın bütün üzvlərinin - 27 ölkənin birgə bəyanatı olmalı idi. Amma Macarıstan sənədin qəbuluna veto qoyub.
Xatırladaq ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsüylə Qarabağdakı hərbi əməliyyatlar barədə iclas çağırılmış, amma burada da hansısa sənəd qəbul edilməmişdi. İştirakçı ölkələr iclasda deklorativ bəyanatlarla kifayətlənmişdilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?