Makron Əliyevdən Qarabağın erməni sakinləri üçün zəmanət istəyib
Açıq mənbələrdən götürülüb
Emmanuel Makron - İlham Əliyev
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 20-də AFP agentliyi məlumat yayıb.
Bildirilir ki, Makron telefon danışığı əsnasında Azərbaycanın Qarabağda keçirdiyi anti-terror əməliyyatını qınayıb.
https://toplum.tv/siyaset/phikmet-haciyev-muumlnasibetlerin-normallasdirilmasinin-terefdariyiqp
“Makron Dağlıq Qarabağda humanitar böhranı pisləşdirmək, ədalətli və davamlı sülhə nail olmaq üçün davam edən səyləri təhlükə altına almaq riski ilə üzləşən Azərbaycanın dünənki güc tətbiqi qərarını pisləyib”, - agentliyin Yelisey sarayındakı mənbəsi bildirib.
Məlumata görə, Fransa lideri “Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinə” çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV