VOA
Ülvi Həsənlinin həbsi
Bir qrup media təmsilçisi Abzas Medianın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının həbsi ilə bağlı bəyanat imzalayıb.
Toplum TV xəbər verir ki, bəyanatda Azərbaycanda uzun illlərdir, söz və ifadə azadlığının siyasi hakimiyyətin repressiyaları altında olduğu bildirilir.
"Ölkədə bütün fundamental azadlıqlar, xüsusən də söz və ifadə azadlığı tamamilə məhdudlaşdırılıb sıradan çıxarılmağa hesablanıb. İndiyə qədər ölkədə bu yöndə atılan addımlar, qəbul edilən mürtəce qərar və qanunlar da məhz bu repressiyanın tərkib hissəsi olub. Azərbaycan faktiki olaraq Konstitusiyada müəyyən edilən fundamental hüquq və azadlıqlara, qoşulduğu konvensiyalara və götürdüyü öhdəliklərə qarşı çıxan bir ölkəyə çevrilib.
2021-ci ildən isə davamlı olaraq məhv edilmiş Azərbaycan mediasının az sayda fəaliyyət göstərən nümunələrinin də tamamilə sıradan çıxarılması siyasəti yürüdülür", - bəyanatda qeyd olunub.
https://toplum.tv/siyaset/psevinc-vaqifqizina-da-cinayet-isi-accedilildip
Buna nümunə kimi mətbuat azadlıqlarını məhdudlaşdıran "Media haqqında" Qanunun qəbulu və bu qəbildən olan digər addımlar göstərilib.
"Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətin korrupsiya əməllərini araşdıran müstəqil media orqanı "Abzas Media"ya qarşı noyabrın 20-də başlanan basqılar da siyasi sistemin azad mətbuata qəddar münasibətinin ifadəsidir", - bəyanatda vurğulanıb.
Media təmsilçiləri Azərbaycan hakimiyyətinə konstutsion hüquqlara, konvensiyalarda nəzərdə tutulan azadlıqlara riayət etməyə çağırıb.
Həmçinin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlara müraciət edilib. Onlardan bu məsələni diqqətdə saxlamaq, Azərbaycan hakimiyyətinin qanunazidd addımlarına qarşı əməli addımlar atmaq tələb olunub.
Bəyanata aşağıdakı şəxslər imza atıb:
Şəmşad Ağa - "Arqument.az" saytının baş redaktoru
Alya Yaqublu - Toplum TV-nin əməkdaşı
Aynur Elgünəş - Meydan TV-nin baş redaktoru
Rövşən Hacıbəyli - "Azadlıq" qəzetinin redaktoru
Şahnaz Bəylərqızı - Toplum TV-nin əməkdaşı
Mustafa Hacıbəyli - "Basta" saytının baş redaktoru
Hafiz Babalı - "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru
Samirə Əhmədbəyli - Müstəqil jurnalist
Ülviyyə Əli - Müstəqil jurnalist
Elməddin Şamilzadə - "Avasor TV"-nin baş redaktoru
Anar Abdulla - "Gözətçi portalı" - jurnalist
Samirə Qasımlı - RLC kanalının baş redaktoru
Sevda Səmədova - Meydan TV-nin redaktoru
Natiq Cavadlı - jurnalist
Fatimə Mövlamlı - Müstəqil jurnalist
Vüqar Qurdqanlı - "Az24saat.org" saytının baş redaktoru
Mehman Hüseynov - Sancaq TV
Şəhla Kərim - müstəqil jurnalist
Xədicə İsmayıl - Toplum TV-nin baş redaktoru
Nicat Əmiraslanov - müstəqil jurnalist
Pərvanə Qurbanlı - Toplum TV-nin əməkdaşı
Şahvələd Çobanoğlu - “Azadlıq” qəzetinin köşə yazarı
Əziz Elxanoğlu - “Turan” İA-nın əməkdaşı
Orxan Məmməd - Meydan TV-nin redaktoru
Aytən Fərhadova - Müstəqil jurnalist
Gülər Mehdizadə - Müstəqil jurnalist
Günel Səfərova - Müstəqil jurnalist
Nigar Mübariz - Müstəqil jurnalist
Esmira Cavadova - Toplum Tv-nin əməkdaşı
Qənimət Zahid - Turan TV-nin rəhbəri
Əziz Orucov - Kamal 13-ün rəhbəri
İsmi Şahzadə - Oc-Media-nın jurnalisti
Ramin Deko - reportyor
Seymur Kazımov - müstəqil jurnalist
Əfqan Muxtarlı - araşdırmaçı jurnalist
Nurlan Libre - müstəqil jurnalist
Aytac Tapdıq - Meydan TV-nin əməkdaşı
Aygün Aslanlı - jurnalist, kino tənqidçisi
Ülviyyə Şahin - müstəqil jurnalist
Fikrət Hüseynli - TİME TV-nin baş redaktoru
Emil Cəfərov - TİME TV
Kamran Mahmudov - “Turan” İA-nın əməkdaşı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?