Siyasət

Məhkəmə "Abzas Media" jurnalistlərinin vəsatətlərini təmin etməyib

18 Yanvar, 2024
195

Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsi "Abzas Media" onlayn nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı barəsində vəsatəti təmin etməyib. 

Toplum TV xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyilə keçirilən prosesdə Sevinc Vaqifqızının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı  ilə əvəz edilməsi barədə şikayətə baxılıb. 

Hakim Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və beləcə şikayət təmin olunmayıb. 

Vəkil Elçin Sadıqov bildirib ki, Sevinc Vaqifqızı da prosesdə iştirak edib.

https://toplum.tv/siyaset/patet-azerbaycanda-jurnalistlerin-hebsinden-narahat-oldugunu-bildiribp

Bu gün həmçinin Xətai Rayon Məhkəməsi "Abzas Media"nın həbsdə olan digər jurnalisti Nərgiz Absalamovanın şikayətinə baxıb və jurnalistin ailə üzvlərilə görüşlərinə, telefon danışıqlarına icazə verilməməsinə dair şikayəti təmin etməyib.

Vəkil Şəhla Hümbətovanın açıqlamasına görə, Nərgiz Absalamova məhkəmə prosesinə gətirilməyib. 
 
Vəsatətin təmin edilməməsinə səbəb kimi bunun "cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik törədə biləcəyi" göstərilib. Şəhla Hümbətovanın sözlərinə görə, jurnalistin qohumlarıyla ünsiyyətdən tamamilə məhrum edilməsi əsassızdır, çünki görüşlər nəzarətçilərin müşahidəsi altında da keçirilə bilər. 
Vəkil bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl "Abzas Media" onlayn nəşrinin 6 əməkdaşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham edilərək həbs olunublar. 

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo