Açıq mənbələrdən götürülüb
Mərkəzi Bank
"Gold Finance" və "Viza Kredit" bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub.
Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti qərar çıxarıb.
Bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb.
https://toplum.tv/iqtisadiyyat/pquotunion-kreditquot-bokt-un-lisenziyasi-legv-olunubp
"Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, onlar son bir neçə ildə kreditləşmə həyata keçirməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar zəruri tədbirlər görməyib.
“Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir", - deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Bundan əvvəl, mayın 28-də "Union Kredit" BOKT-un lisenziyası ləğv olunmuşdu. Mayın 17-də isə Mərkəzi Bankın qərarı ilə "Günay Bank" ın lisenziyasına xitam verilmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir
TASS
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır