Siyasət

Mətbuat təmsilçiləri Media Reyestrinin ləğvini tələb edir

30 Yanvar, 2023
118

Açıq mənbələrdən götürülüb

Toplum TV - Mətbuat

"Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir”.

Toplum TV xəbər verir ki, Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri "Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi imzalayıb.

Yeni qanunvericilik 2021-ci ilin dekabrında tələm-tələsik parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib, - sənəddə bildirilir.

Qanun 2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

https://toplum.tv/siyaset/pquothuman-rights-watchquot-azerbaycanda-insan-huumlquqlarinin-veziyyeti-yaxsilasmayibp

Mətbuat təmsilçilərinin imzaladığı sənəddə bildirilir: 

"Biz – bu müraciəti imzalayanlar, "Media haqqında” Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığını görürük. Yeni qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsir edir. Təəssüf ki, qanuna, onun media azadlığı ilə bağlı ciddi problemlər yaradan və yaradacaq müddəalarına fərqli yanaşmağa heç bir əsas yoxdur, çünki ümumilikdə qanun Azərbaycan Konstitusiyasına və ölkəmizin tərəfdar çıxdığı başlıca beynəlxalq müqavilələrdən olan Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir. Bu, Avropa Şurası Venesiya Komissiyasının rəyində də aydın şəkildə göstərilib, şərh edilib”.

Sənəddə qeyd olunur ki, media reyestrinin formalaşdırılmasına başlandıqdan sonra tənzimləyici orqan olan Medianın İnkişafı Agentliyi uzun müddət fəaliyyət göstərən 10-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəbləri əsas gətirərək imtina edib:

"Onlarla media və jurnalistlərə xəbərdarlıq olunub. Həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ, yüzlərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır. Hazırda qeydiyyatdan keçməyən medialar, jurnalistlər hətta parlamentin açıq iclaslarına buraxılmır. Regionlarda jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirməsinə əngəllər yaradılır. Belə bir xoş olmayan durum, təkcə yüzlərlə mediada çalışanların fərdi problemlərlə üzləşməsi deyil, ölkəmizin media və ifadə azadlığı ilə bağlı gələcəyinə sağalmaz yaralar vuracaq”.

Mövqe sənədində bildirilir ki, əslində imza edənlər reyestrin əleyhinə deyil, ancaq media və jurnalistlər üçün məcburilik prinsipinə söykənməyən, sadəcə, statistik baza rolu oynayan, könüllülük prinsipi üzrə, ifadə, media azadlığını zədələməyən resursun formalaşdırlmasını doğru sayırlar:

 "Media, jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlar onsuz da öz fəaliyyət sahələri üzrə rəsmi vergi, habelə, digər rəsmi texniki qeydiyyatına sahibdirlər. Rəsmi qurumlarda olan həmin bilgilərin bir resursda ümumiləşdirilib toplanması daha uyğun olardı. Bütün başqa formalarda yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir”.

"Biz, qeyd edilənləri nəzərə alaraq, dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayaraq, "Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin qanundan çıxarılmasını tələb edirik".

Sənədi aşağıdakı media mənsubları imzalayıb:

1. Ələsgər Məmmədli
2. Xədicə İsmayıl
3. Şahvələd Çobanoğlu
4. Alya Yaqublu,
5. Aynur Elgünəş,
6. Xalid Ağaliyev
7. Kamran Mahmudov
8. Ülvi Həsənli
9. Mehman Əliyev
10. Rövşən Hacıbəyli
11. Şəmşad Ağa
12. Sevinc Vaqifqızı
13. Gülər Mehdizadə
14. Şahnaz Bəylərqızı
15. Natiq Cavadlı
16. Hüseyn İsmayılbəyli
17. Aynurə Heydərova
18. Tatyana Kryuçkina
19. Hafiz Babalı
20. Esmira Cavadova
21. Nərgiz Absalamova
22. Fərid İsmayılov
23. Aytac Əhmədova
24. Şahin Cəfərli
25. Qənimət Zahid
26. Şəmistan Həzi
27. Elnarə Qasımova
28. Samirə Qasımlı
29. Mustafa Hacıbəyli
30. Samirə Əhmədbəyli
31. İslam Şıxəli
32. Ramin Deko
33. Müşfiq Cabbar
34. Seymur Kazımov
35. Sahilə Aslanova
36. Anar Abdulla
37. Ülviyyə Əli
38. Təzəxan Mirələmli
39. Elmar Əziz
40. Çingiz Sultansoy


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo