Açıq mənbələrdən götürülüb
ABŞ bayrağı
Milli Məclisdə ABŞ Senatına qarşı bəyanat qəbul ediləcək.
Toplum TV xəbər verir ki, məsələ artıq Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilib.
Azərbaycan parlamenti bəyanatın ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı olduğunu bildirir.
Məsələ ilə bağlı açıqlama verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, ABŞ özü-özünü regiondan təcrid edəcək.
https://toplum.tv/siyaset/pvasinqton-uumllvi-hesenlinin-saxlanilmasina-reaksiya-veribp
Deputat bildirib ki, Azərbaycana qarşı iki cəbhədə müharibə aparılır: “Cəbhələrdən biri birbaşa təcavüzlə məşğul olan cinayətkarlardır. Biz onlara biz qalib gəldik. İkinci cəbhədə bizim gələcək baxışlarımıza təcavüz edilir. 1992-ci ildə 907-ci düzəlişin qəbulu da bu qəbildəndir. Çox təəssüflər olsun ki, Qərb Azərbaycan həqiqətlərini görmək istəmədi".
Seyidovun sözlərinə görə, bu, ABŞ-ın ikili standartlarını yenidən tətbiq etməsi deməkdir.
Parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə açıqlamasında bildirib ki, ABŞ Azərbaycanın müstəqilliyini və 44 günlük müharibədə qələbəsini qəbul edə bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV