Rəsmi səhifə
Milli Məclis
Bu gün Milli Məclisdə yaradılan komissiya ABŞ Senatına qarşı bəyanat hazırlayıb.
Toplum TV xəbər verir ki, bəyanatda Milli Məclisin bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etiraz etdiyi bildirilir.
Eyni zamanda, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirib.
https://toplum.tv/siyaset/pvasinqton-uumllvi-hesenlinin-saxlanilmasina-reaksiya-veribp
"Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.
Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür", - bəyanatda qeyd olunub.
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, ABŞ senatında qəbul edilmiş bəyanatdan sonra ABŞ Azərbaycana bir sıra yüksək səviyyəli səfərləri dayandırıb, eyni zamanda 907-ci düzəlişin tətbiqini, Azərbaycana hərbi yardımın göstərilməsini dayandırıb.
Bəyanatın ardınca Bakı noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilməsi təklif olunan görüşdən imtina edib. Eyni zamanda Azərbaycanda qərbmeyilli jurnalistlərə və aktivistlərə basqılar başlayıb. Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, həmçinin ictimai fəal Məhəmməd Kekalov saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV