Siyasət

Mirzoyan: Azərbaycanla bəzi məsələlərdə mövqelərimiz yaxınlaşıb

Toplum TV
8 Fevral, 2023
106

Açıq mənbələrdən götürülüb

Üçtərəfli görüş

“Azərbaycanla bəzi məsələlərdə mövqelərimizi yaxınlaşdıra bilmişik. Amma erməni tərəfinin özünün fundamental məsələləri var və bunlar məlumdur”.

Toplum TV xəbər verir ki, bu sözləri fevralın 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qriç Radmanla keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, Moskvada Ceyhun Bayramov və Sergey Lavrovla görüşməyə hazırdır:

“Biz xarici işlər nazirlərinin Moskva görüşünü ləğv etməmişik, təxirə salmışıq. Münasib vaxtda bu görüşdən istifadə edəcəyik”.

https://toplum.tv/siyaset/pmoskva-quotqarabagdaki-rus-suumllhmeramlilarina-bmt-mandati-lazim-deyilquotp

XİN başçısı regionda yeni eskalasiya ehtimalının da olduğunu bildirib: 

"Ermənistanın bütün cəhdlərinə baxmayaraq, regionda vəziyyət kövrək və gərgin olaraq qalır, yeni eskalasiya ehtimalı var".

Mirzoyan çıxışında rəsmi Bakını qeyri-konsruktivlikdə ittiham edib, Laçın yolunda keçirilən aksiyanı tənqid edib və sentyabrda Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmaya görə qarşı tərəfi təqsirləndirib:

"Güc tətbiq etmək və ya güc tətbiq etməklə hədələmək, insan hüquqlarının kütləvi şəkildə pozulması sülh və sabitlik üçün zəmin yarada bilməz. Ermənistan Cənubi Qafqazda sülh naminə konstruktiv dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Sülh yolu ilə nizamlanmanın alternativi yoxdur", - deyə o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo