Moskva: "Qarabağdakı rus sülhməramlılarına BMT mandatı lazım deyil"
Açıq mənbələrdən götürülüb
Rus sülhməramlıları
Qarabağdakı rus sülhməramlılarının BMT mandatına ehtiyacı yoxdur.
Toplum TV xəbər verir ki, bunu "RİA Novosti"-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.
O, fikrini onunla əsaslandırıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Rusiya sülhməramlılarının fəaliyyət üsulları artıq müəyyən edilib.
“Konfliktin iştirakçıları arasında bu məsələdə konsensus var, - deyə İliçev qeyd edib və əlavə edib ki, bu da həlledici faktordur: Rusiya sülhməramlılarının fəaliyyəti həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənir. Bölgənin yekun statusunun qeyri-müəyyənliyi kontekstində əsas əhəmiyyətli faktor da budur".
https://toplum.tv/siyaset/plavrov-azerbaycan-torpaqlarini-geri-qaytaribp
Xatırlatma
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının mandatı bitdikdən sonra regiona beynəlxalq sülhməramlı kontingentin gətirilməsinin zəruri olduğunu və Moskvanı rus sülhməramlılarına bu mandatın verilməsi məsələsinə baxmağı təklif etmişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyana cavab olaraq bildirmişdi ki, bölgəyə beynəlxalq sülhməramlıların cəlb edilməsi üçün münaqişənin bütün tərəflərinin razılığı lazımdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə