Siyasət

Moskvadan Bakıya demarş: Bunu qəbuledilməz hesab edirik

13 Sentyabr, 2023
217

Mid.ru

Rusiya XİN

Moskva Rusiyanın "yeni regionlarında" seçkilərlə bağlı bəyanatlara görə Bakıya etirazını bildirib.

Toplum Tv TASS-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 13-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında danışıb. 

Onun sözlərinə görə, rəsmi Bakının bu cür qiymətləndirmələri Rusiya və Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun deyil.

https://toplum.tv/dunya/pzaxarova-bu-ermenistan-uumlccediluumln-felaketli-olardip

"Bu cür qiymətləndirmələr bizim tərəfimizdən qəbul edilə bilməz, bunlar qəbuledilməz qiymətləndirmələrdir və ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun deyil. Ona görə də Azərbaycan tərəfi qarşısında diplomatik demarş həyata keçirilib. Biz bu barədə hər şeyi bildirdik", - Rusiya XİN sözçüsü çıxışında qeyd edib. 

Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinə necə hörmətlə yanaşırsa, rəsmi Bakı da Rusiyanın ərazi bütövlüyünə eyni hörməti göstərməlidir. 

"Hesab edirəm ki, yeni regionların tarixini bizim azərbaycanlı dostlarımız yaxşı bilirlər", - diplomat çıxışında vurğulayıb. 

Ötən il Rusiya Prezidenti Vladimir Putin dörd yeni regionun - Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olması haqqında fərman imzalayıb.

Bu il sentyabrın 8-də Rusiyanın Ukraynadan ilhaq etdiyi bölgələrdə regional parlament seçkiləri keçirilib. 

Azərbaycan Xarici İşlər Nazirliyi daxil olmaqla əksər ölkələr Rusiyanın işğal etdiyi ərazilərdəki seçkilərin nəticələri tanımayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo