Açıq mənbələrdən götürülüb
DSX
Zəngilan istiqamətində atəşkəs pozulub, Azərbaycanın hərbi qulluqçusu yaralanıb.
Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb
Bildirilir ki, insident martın 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib.
"Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.
Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.
Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur", - məlumatda qeyd olunub
Hazırda əməliyyat şəraitinin sabit və bölmələrin tam nəzarəti altında olunduğu vurğulanıb.
“Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”, - Azərbaycan tərəfi açıqlamasında bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb