Müdafiəçi Hüquq Mərkəzi Ülvi Həsənlinin saxlanılması barədə bəyanat yayıb
Sosial Media
Ülvi Həsənli
AbzasMedia-nın direktoru Ülvi Həsənlinin polis orqanları tərəfindən saxlanılması və AbzasMedia-nın ofisində axtarış aparılması Azərbaycanda ifadə azadlığı hüququna, o cümlədən müstəqil mediaya qarşı siyasi motivli təqib kampaniyasının tərkib hissəsidir.
Toplum TV xəbər verir ki, bu barədə Müdafiəçi Hüquq Mərkəzinin noyabrın 20-də yaydığı bəyanatda bildirilir.
Təşkilat hesab edir ki, Azərbaycan Hökumətinin təqib siyasəti mövcud konstitusion hüquqi çərçivəyə və Azərbaycan Respublikasının insan hüquqlarına dair götürdüyü beynəlxalq hüquqi öhdəliklərə ziddir. Buna görə də təqibləri dayandırmalıdır.
Müdafiəçi xatırladır ki, ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib.
Qeyd olunub ki, hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir və Azərbaycan Hökumətinin həmin hüquq pozuntusu qərarlarının icrası üzrə həyata keçirməli olduğu ümumi tədbirlərdən biri də siyasi motivli təqib kampaniyalarını təkrarlamamaqdır.
Bunları nəzərə alaraq, təşkilat Azərbaycan Hökumətinə çağırış edib: "Ülvi Həsənli və AbzasMedia-nın timsalında siyasi motivli təqibləri dayandırsın və Ülvi Həsənli ilə AbzasMedia barəsində aktual və potensial cinayət prosessual addımlardan çəkinsin".
Müdafiəçi eyni zamanda beynəlxalq publik təşkilatları və qeyri-hökumət təşkilatlarını Azərbaycanda yenidən canlanmağa başlayan siyasi motivli təqib kampaniyasını ciddi nəzarətə götürməyə dəvət edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?