Siyasət

Müxalif fəalın saxlanıldığı deyilir

Toplum TV
19 Sentyabr, 2023
63

Meydan TV

Ənvər Ağamalızadə

Azərbaycan Demokratiya və Rifaq (ADR) Partiyasının fəalı Ənvər Ağamalızadənin saxlanıldığı deyilir.

Toplum TV "Turan" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu haqda sentyabrın 19-u ADR-dən açıqlama verilib.

Partiyanın verdiyi məlumata görə, müxalif fəal Ənvər Ağamalızadə saat 09:00 radələrində yaşadığı binanın həyətində polislər tərəfindən saxlanılıb.

Saxlanılan aktivistin hara aparıldığı məlum deyil. Onunla əlaqə saxlamaq mümkün olmayıb.

https://toplum.tv/siyaset/pqazaxda-axcp-feallarinin-saxlanildigi-bildirilirp

Hadisəylə bağlı, Daxili İşlər Nazirliyindən hər hansı açıqlama verilməyib.

Bildirək ki, 69 yaşlı müxalif Ənvər Ağamalızadə ötən ay da polis tərəfindən saxlanılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

Regionda münaqişələrin davam etdirilməsi üçün heç bir səbəb yoxdur  Toplum Tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanaani sentyabrın 21-də gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp İran XİN Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında razılaşmadan məmnunluğunu bildirib. "Ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq. İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmətin tərəfdarıdır". - Nasser Kanaani açıqlamasında qeyd edib.  Onun sözlərinə görə, İran daimi və davamlı sülh prosesində region ölkələrinə yardım etməyə hazırdır. "Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemləri çətinləşdirir və əldə edilmiş...
Siyasət

Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir

Toplum TV
21 Sentyabr 2023

TASS

Qarabağdakı hərbi əməliyyatlar zamanı erməni tərəfdən azı 200 nəfər ölüb, 400-dən çox yaralı var.  Toplum Tv xəbər verir ki, bu barədə özünü qondarma rejimin ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan mətbuata açıqlamasında deyib.  O, eskalasiya zamanı 10 mülki şəxsin də öldüyünü iddia edib.  Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 20-də xəbər yayıb ki, sülhməramlılar bölgədən 3154 mülki şəxsi təxliyyə ediblər. Onların istirahət yerləri və isti yeməklərlə təmin olunduqları bildirilir. https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp Müdafiə Nazirliyi həmçinin xəbər verib ki, sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub....

Seçilmiş Videolar

Toplum TV loqo