president.az
Əliyev-Ərdoğan görüşü
Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü keçirilib.
Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 25-də Azərbaycan Prezindentinin mətbuat xidməti məlumat yayıb.
https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp
Bildirilir ki, dövlət başçılarının təkbətək görüşünün ardından İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan və Türkiyə prezidentləri mərasimi onlayn izləyiblər. İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır. Ərdoğan çıxışında vurğulayıb ki, bu kəmər bölgənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Həmçinin iki ölkə arasında Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb.
Prezidentin Mətbuat Xidməti məlumatına görə, bugün eləcə də iki ölkə arasında müxtəlif sənədlər imzalanıb.
Bundan əvvəl məlumat verilmişdi ki, Ərdoğanın Naxçıvana səfəri əsnasında Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə ediləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV