Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Fərmanla müəyyən edilib ki, Naxçıvanda Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Prezidentə tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edəcək. İndiyədək Naxçıvana faktiki rəhbərliyi yerli qanunverici orqanın - Ali Məclisin sədri Vasif Talıbov həyata keçirirdi.
Prezident İlham Əliyev bu gün sərəncamla Fuad Vahid oğlu Nəcəflini bölgədəki nümayəndəsi təyin edib.
Fuad Nəcəfli Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində təmsil olunan şəxslərdən biridir.
Onu da qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı Azenco şirkəti tərəfindən yaradılıb ki, bu şirkət də Prezident İlham Əliyevin qızlarına məxsusdur.
Fuad Nəcəflinin adı mətbuatda işçilərinin hüquqlarını pozması iddiası ilə hallanıb.
Mətbuatda gedən yazılarda Nəcəflinin “xan” ləqəbilə tanındığı da bildirilib.
Naxçıvan Ali Məclisinin artıq sabiq sədri Vasif Talıbov da həm mətbuatda, həm el arasında “xan” ləqəbi ilə tanınırdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür