President.az
İlham Əliyev
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
Toplum TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də öz əksini tapıb.
Prezidentin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən isə Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.
https://toplum.tv/multimedia/naxcivanlilarin-uzune-sevinc-gelib-hebslere-ve-ixtisarlara-reaksiya
Bu gün həmçinin Naxçıvan Muxtar Respublikasına yeni prokuror təyin edilib.
İlham Əliyevin imzaladığı sərəncama əsasən, sözügedən vəzifə Sənan İsa oğlu Paşayevə həvalə edilib
Sənan Paşayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası prokurorunun müavini və Baş Prokurorluğun İstintaq idarəsində rəis müavini vəzifəsində çalışıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb