Açıq mənbələrdən götürülüb
Naxçıvan
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin apardığı yoxlamaların nəticələri açıqlanıb.
Toplum TV xəbər verir ki, nəticələr nəticələr Hesablama Palatasının ötən ili əks etdirən hesabatında yer alıb.
Hesabatda bildirilir ki, kənar dövlət maliyyə nəzarəti tədbirləri bir sıra nəzarət obyektləri tərəfindən büdcə layihələrinin düzgün tərtib edilmədiyini deməyə əsas verir:
"Belə ki, obyektlər tərəfindən proqnozlaşdırma aparılarkən əvvəlki illərin faktiki göstəriciləri nəzərə alınmayıb, təlabat düzgün müəyyənləşdirilməyib və smeta əsassız artımlarla tərtib edilib. İlin sonunda nəzarət obyektləri tərəfindən təsdiq olunmuş smetaların iqtisadi təsnifatın paraqrafları üzrə istifadə edilməmiş vəsaitlərinin azaldılaraq ehtiyat fonduna yönəldilməsi hallarına rast gəlinib. Auditlər zamanı 10 obyekt üzrə bəzi hallarda vahid büdcə təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə riayət olunmadan 54 min manat istifadə edildiyi üzə çıxıb".
Həmçinin nəzarət obyektlərində bir sıra hallarda əməkdaşların vəzifəyə təyin olunması zamanı ixtisasa dair tələblərin gözlənilməməsi, kənardan cəlb edilmiş işçilərlə xidməti müqavilələrin düzgün bağlanmaması kimi hallara yol verildiyi bildirilir:
"Qeyd edilən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövr ərzində kənar dövlət maliyyə nəzarəti (KDMN) obyektləri üzrə -13,5 min manat artıq və 4,2 min manat əksik ödəmələrin həyata keçirildiyi müəyyən edilib".
Palatada 5 kənar dövlət maliyyə nəzarəti obyekti üzrə 2017-2022-ci illəri əhatə edən dövr ərzində ümumilikdə 18,7 milyon manatın istifadəsi zamanı “Dövlət satınalmaları haqqında qanuna müraciət edilmədiyini qeyd edib.
"Sadalananlarla yanaşı ilkin uçot sənədlərinin tərtibində uyğunsuzluqlar və xidmət sahələrində gəlirlər üzrə vergi ödənişlərinin tam şəkildə həyata keçirilməməsi halları da müşahidə edilib. Bir nəzarət obyekti üzrə 6,8 min manat vergi yayınması halı olub", - deyə sənəddə bildirilib.
Hesablama Palatası sözügedən hesabat ilində 1 obyektin hüquqi forması dəyişdirildiyindən nəzərdə tutulmuş analitik fəaliyyətin təxirə salındığını qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür