RIA Novosti
Stanislav Zas
"Laçın dəhlizi problemi KTMT-nin məsuliyyət zonasından kənardadır"
Toplum TV xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas "RİA Novosti"-yə açıqlamasında bildirib.
Zas açıqlamasında həmçinin qeyd edib ki, Ermənistanın Laçın dəhlizi ilə bağlı quruma müraciət etməyib.
https://toplum.tv/siyaset/pdeputatlar-fransanin-bmt-ye-sikayet-olunmasini-teleb-edirlerp
Bu gün, dekabrın 20-də məlum olub ki, Laçın dəhlizi ilə bağlı vəziyyət BMT-nin Təhlükəsizlik Şurasında müzakirə ediləcək. Qərarın Ermənistanın xahişi ilə verildiyi bildirilir. Ermənistan hakimiyyəti və Qarabağ seperatçıları Azərbaycan fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri aksiyadan şikayətçidirlər. Onlar Azərbaycan tərəfinin Laçın dəhlizini bağladığını və Qarabağın erməni əhalisini humanitar böhrana sürüklədiyini iddia edirlər. Azərbaycan tərəfi isə bu iddiaları rədd edir, Qarabağ ermənilərinə humanitar yardım etməyə hazır olduğunu vurğulayır.
Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-dən bəri davam edir.
Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Əliyev və Paşinyan Kişinyovda nələri müzakirə edəcək? - Şarl Mişeldən açıqlama
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür