Sputnik
Üçtərəfli görüş
Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında mübahisə düşüb.
Toplum TV xəbər verir ki, iclasın sonunda Paşinyan Əliyevin çıxışına münasibət bildirib.
Azərbaycan Prezidentinin "Zəngəzur dəhlizi"-nin açılması Rusiyanın da marağındadır ifadəsini işlənməsindən sonra Paşinyan söz istəyib. O bildirib ki, Rusiyanın dəhlizin açılmasında maraqlı olması barədə ilk dəfədir ki, eşidir. Paşinyanın sözlərinə görə, Əliyevin Zəngəzur dəhlizi barədə sözləri "ərazi iddiaları"dır.
O, Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda da günahlandırıb.
İlham Əliyev replika atıb ki, "Zəngəzur dəhlizi" ərazi iddialarını nəzərdə tutmur, nəqliyyat kommunikasiyası mənasını daşıyır.
Buna cavab olaraq Paşinyan yenə bildirib ki, Azərbaycan Laçın dəhlizini qanunsuz olaraq bağlayıb.
"Turan"-ın məlumatına görə, iclasın aparıcısı Rusiya Prezidenti Vladimir Putin Əliyev və Paşinyandan müzakirəyə son qoymağı istəyib, amma bu, baş tutmayıb.
Laçın dəhlizinin qanunsuz bağlanması ilə bağlı Paşinyanın sözlərinə cavab olaraq Əliyev bildirib ki, bu yolda nəzarət məntəqəsi dövlət sərhədində quraşdırılıb və erməni millətinə mənsub ölkənin istənilən vətəndaşı oradan rahatlıqla keçə bilər.
Paşinyan isə bildirib ki, Laçın yolu yoxdur, Laçın dəhlizi var və orada yalnız Rusiya sülhməramlıları fəaliyyət göstərə bilər. "Biz hesab etmirik ki, yol açıqdır. Biz blokada səbəbindən humanitar böhranın qiymətləndirilməsi üçün oraya beynəlxalq missiyanın göndərilməsini zəruri hesab edirik".
Ermənistan və Azərbaycan liderləri arasındakı mübahisəni sonlandıran Vladimir Putin tərəfləri "terminologiyaya qapılmamağa" çağırıb.
"Mühüm olan odur ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımağa hazırsınız. Bizim üçlükdə danışmağa və razılığa gəlməyə imkanımız olacaq", - Putin deyib.
İclasdan sonra Rusiya Prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə ikitərəfli görüşü baş tutub.
İlham Əliyev Putinlə görüşdə bildirib ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: "Sülh müqaviləsinin digər bəndlərinin razılaşdırılması daha asan olacaq. Çünki razılığa gələ bilmədiyimiz əsas amil bu idi”.
Ardınca Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Görüşdəki çıxışı zamanı Putin deyib ki, Qarabağda vəziyyət nizamlanmaya doğru inkişaf edir:
"Sırf texniki məsələləri həll etmək qalır, onlar tamamilə həll edilə bilər.
Bir həftədən sonra üç ölkənin baş nazirinin müavinləri görüşəcək".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb