Novator.az
1 saylı koloniyanın rəhbərliyi Polad Aslanovun aclığını protokollaşdırıb. Bu barədə fevralın 22-də onun xanımı Gülmirə Aslanova bildirib. Bu o, koloniyanın rəisi ilə görüşüb.
"Koloniyanın rəisi Emin Həsənov bildirib ki, aclıq aksiyasını dayandırması üçün Poladla müntəzəm söhbətlər aparılır, çünki aclıq onun sağlamlığına mənfi təsir göstərir. Lakin Polad razılaşmır. Cümə günü Qırmızı Xaç nümayəndələri Polada baş çəkiblər. Bu gün Penitensiar Xidmətin müalicə müəssisəsinin həkimləri onu müayinə ediblər. Həkim mənə dedi ki, Polad mütləq aclığı dayandırmalıdır, çünki istənilən vaxt komaya düşə bilər, ona görə ki, orqanizmdə qlükoza azalır və o zəifləyir", - G. Aslanova deyib.
Onun sözlərinə görə, bu gün Polad Aslanovu ayrıca otağa yerləşdiriblər və o, tibbi nəzarət altındadır ("Turan").
Sosial Media
azpress.az
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”
Qubad İbadoğlu: “SOCAR özü ilə bərabər dövləti də batıracaq”
Məhbus anası: “DTX-nın dörd divarı arasında bu ülgüclər, bıçaqlar hardan onların əlinə keçdi?”