Siyasət

Polad Həşimovun qardaşı İranın medalını niyə istəmədiklərinə aydınlıq gətirdi

4 May, 2021
1571

Sosial Media

Sosial şəbəkədə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Seyid Abbas Musəvi və Ayətullah Seyid Əli Xameneyinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejatın general Polad Həşimovun ailəsini ziyarət edərək həyat yoldaşı və övladlarına Qasim Süleymani adına lövhə və medal təqdim etməsi ilə bağlı məlumatlar yayılıb.
 
Daha sonra isə generalın ailəsinin bu medalı qəbul etmədiyi ilə bağlı xəbərlər paylaşılıb. Polad Həşimovun bacısı Kəmalə Həşimova “Feysbuk”un şərh bölməsində medalı şəhidin həyat yoldaşının aldığını, onların isə qəbul etmədiyini yazıb. 

Sosial Media

ABŞ-ın Virciniya ştatında yaşayan güney azərbaycanlı mühacir Elyaz Yekənli məsələ ilə bağlı Polad Həşimovun anası və qardaşı ilə video-söhbət edib.

Söhbət zamanı Polad Həşimovun qardaşı İlham Həşimov baş verən hadisənin təxribat olduğunu deyib: “Bizim xəbərimiz olmadan bu medalı uşaqlara təqdim ediblər. Mənim, anamın və bacımın məsələdən xəbərimiz olmayıb. Bu, qurma işdir. Bir neçə ay öncə bənzər bir hadisə olmuşdu. Mən onunla bağlı müvafiq qurumlara şikayət etmişdim ki, bu hadisənin qarşısını alsınlar. Lakin qurum belə bir səlahiyyətinin olmadığını bildirmişdi. Hazırda isə bunun fəsadlarını yaşayırıq. Bu, İran kəşfiyyatının buradakı səfirliyinin əli ilə törədilmiş təxribatdır”.

İlham Həşimov medalı qəbul etməməsinin səbəbini İranın Qarabağ müharibələrində tutduğu mövqe ilə izah edib: "Biz həm 90-cı illərdə, həm də indiki müharibədə İranın hansı mövqedə olduğunu bilirik. Onsuz da aidiyyatı qurumlara bir gün vaxt vermişik ki, məsələni aydınlaşdırsınlar".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo