Sosial Media
Polis İsmayıl Məmmədov şöbədə həyat yoldaşı Xanım Məmmədovanı güllələyən zaman azyaşlı uşaqları da yanında olub.
Bu məlumat televiziya kanallarında yayılan video-materiallarda öz əksini tapıb. Cütlüyün iki övladının olduğu bildirilir. Ailənin böyük övladı 1-ci sinfə gedir.
APA-nın xəbərinə görə, iki azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək həyat yoldaşı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib. Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub və onlar arasında mübahisə düşüb. Daha sonra İsmayıl Məmmədov üzərindəki xidməti silahı ilə arvadına 8 güllə vuraraq onu öldürüb.
Mərhumun xalası Nəsibə Məmmədovanın sözlərinə görə, İsmayıl Məmmədov çox qısqanc olduğu üçün həyat yoldaşının hətta qohumlarına belə baş çəkməsinə icazə vermirmiş: “Qısqanclıq səbəbindən olub. Həmişə yoldaşını qısqanırdı. Biz onların heç bir işini bildirmirdik. Gəlib-getmirdlər bizə”.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır