Siyasət

Politoloq: "Fransa bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub"

4 May, 2021
128

Sosial Media

"Fransanın Ermənistandakı səfiri nə deyibsə, hamısı Azərbaycan əleyhinədir".

Bunu siyasi şərhçi Elxan Şahinoğlu Fransanın Ermənistandakı səfiri Conatan Lakotun "Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər" bəyanatına münasibət bildirərkən deyib. 

Elxan Şahinoğlunun "Feysbuk" hesabında yayımladığı yazını təqdim edirik:

"Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər. İki ölkənin prezidentləri Vladimir Putin və Emmanuel Makron aprelin 26-da telefonla danışmışdılar. 

Prezidentlərin telefon danışığından sonra Kremllə Parisin mətbuata açıqlamalarında  fərq ortaya çıxmışdı. Kremldən yayınlanan açıqlamada prezidentləri müxtəlif mövzuları, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə etdikləri bildirilmişdi. Parisin mətbuata ötürdüyü açıqlamada isə fərqli cümlə yer almışdı: “Prezidentlər Qarabağda bağlı “yeni təşəbbüslər” hazırlanması barədə razılığa gəliblər”. 

Kremlin açıqlamasında məlum cümlə yox idi. Ancaq Kreml Parisdən “yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni prezidentlər hər hansı “yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi. Misal üçün Rusiya prezidentinin fəal mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi. Bunlar edilməyiblərsə, deməli prezidentlər həqiqətən Qarabağla bağlı “yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada “yeni təşəbbüslər” cümləsinə istinad ediblər.

Bəs Paris “yeni təşəbbüslər” dedikdə nələri nəzərdə tutur?

Bunu Fransanın Ermənistandakı səfirinin sözlərindən aydınlaşdırmaq olar. Diplomatın sözlərinə görə, Fransa prezidenti “hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Beləliklə, Fransanın Ermənistandakı səfiri nə deyibsə, hamısı Azərbaycan əleyhinədir. Fransa rəsmiləri və diplomatları “hərb əsirlər, humanitar yardım və mədəni irsin qorunması” dedikdə bütünlüklə ermənilərin maraqlarını nəzərdə tuturlar. Paris balansı qorumaq naminə bu sıraya minalanmış ərazilərin xəritələri əlavə etmək istəməyibsə, bununla bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub".

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar