Sosial Media
Bəxtiyar Hacıyev
Ombudsman Səbinə Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib, səhhəti ilə maraqlanıb.
Toplum TV xəbər verir ki, bu barədə fevralın 2-də Ombudsman Aparatından məlumat verilib.
Bildirilir ki, Bəxtiyar Hacıyevin yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayıldığından Ombudsman onu fərdi qaydada qəbul edib. Səbinə Əliyeva "onun səhhəti ilə maraqlanıb, hüquqlarının təmini məsələsi yerində araşdırıb, müraciəti dinlənib".
Görüşlərdə Ombudsmanı psixoloq və həkimlərin də müşayiət etdiyi bildirilib.
Bundan əvvəl, fevralın 1-də Bakının Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxıb.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev də məhkəmə prosesində iştirak edib. O, bir daha məhkəmə prosesində həbsinin siyasi sifariş olduğunu bildirib.
Vəkillər birinci instansiya məhkəməsindən apellyasiya şikayəti verəcəklərini bildiriblər.
https://toplum.tv/multimedia/pbextiyar-haciyevin-anasi-nebzini-tutmaq-olmur-goumlzleri-solubp
Fevralın 1-də Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva Ombudsman Aparatının önündə çıxış edərək Səbinə Əliyeva ilə görüş tələb etmişdi.
Bəxtiyar Hacıyevin vəkilləri bir müddət öncə onun mədə qanaxmalarının olduğu barədə məlumat yaymışdı. İctimai fəal həbsini qanunsuz olduğunu hesab edərək 25 gündür aclıq aksiyası keçirir.
Toplum TV--nin sorğusuna cavab olaraq Pentensiar Xidmətdən onun həkim nəzarətində olduğu bildirilib.
Hacıyev ötən ilin dekabr ayının 9-da həbs olunub. O məhkəməyə hörmətsizlik və xuliqanlıqda ittiham olunur.
Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri onun həbsini sifarişli sayır və Azərbaycan hökümətindən dərhal azadlığa buraxılmasını tələb edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə