Siyasət

Paşinyan Azərbaycan ictimaiyyətindən dəstək istəyir

Toplum TV
3 Mart, 2023
509

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan

"Biz sülh və əməkdaşlıq üçün fürsətlərə diqqət yetirməliyik. Sülh gündəliyi mənim öhdəliyimdir və mən Azərbaycan ictimaiyyətindən də müəyyən dəstək almaq istərdim".

Toplum TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyada səfərdə olarkən jurnalistlərə açıqlamasında deyib.

Paşinyan Azərbaycanla sülh müqaviləsini necə gördüyünü də açıqlayıb: 

“Mən Azərbaycanla sülh müqaviləsi imzalamaq məsələsində tam qətiyyətliyəm, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər sənəd olmamalıdır. Bu, regionumuzda real və dayanıqlı sülh haqqında sənəd olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

https://toplum.tv/siyaset/palmaniya-kansleri-quotdagliq-qarabagin-oumlz-muumlqedderatini-teyinetme-huumlququndanquot-danisibp

Paşinyanın Almaniyaya səfəri martın 2-də başlayıb. Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransı keçirən Baş nazir Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini, Bakının isə bunu istəmədiyini iddia edib:

"9 Noyabr tarixli bəyanat imzalanandan bəri Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq, Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edib. 

Təəssüflər olsun ki, Azərbaycan tərəfi vicdanla danışıqlara qoşulmaq əvəzinə öz destruktiv siyasətini davam etdirir, Ermənistanın demokratiyasını təhdid edir, hökumətimizin Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasına yönəlmiş səylərinə zərbə vurur".

Paşinyanla birgə mətbuat konfansında iştirak edən Almaniya Kansleri Ola Şolts isə bəyan edib ki, Ermənistandakı Avropa İttifaqı (Aİ) müşahidəçilərin sayı artırıla bilər. 

Ötən il Ermənistan-Azərbaycan sərhədindəki qısamüddətli monitorinqdən sonra Aİ Ermənistana yeni, bu dəfə iki illik və daha böyük monitorinq missiyası göndərib. 100 nəfərlik missiya artıq öz işinə başlayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo