Siyasət

Paşinyan Bakını Xankəndi ilə dialoqu pozmaqda ittiham edib

Toplum TV
16 Mart, 2023
188

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan

"Azərbaycan Bakı-Xankəndi dialoqunu pozmaq üçün hər şeyi edir". 

Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 16-da hökumətin iclasında deyib.

Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq səviyyədə əldə olunmuş razılaşmalara zidd olaraq, iki görüşdən sonra Qarabağ erməniləri ilə reinteqrasiya mövzusunu müzakirə edəcəyini bildirib:

"Beynəlxalq razılaşmalarda isə müzakirənin Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi barədə aparılması nəzərdə tutulub.  Bu minvalla Xankəndi-Bakı dialoqu üçün beynəlxalq mexanizminin işə salınması daha da vacib əhəmiyyət kəsb etmiş olur, çünki indi belə mexanizm olmazsa, gündəmin iflasa uğrayacağı  göz qabağındadır”.

https://toplum.tv/siyaset/pai-ermenistan-ve-azerbaycani-ldquotarixi-fuumlrsetdenrdquo-yararlanmaga-ccedilagiribp

Paşinyan çıxışında bildirib ki, bununla belə, "müdafiə ordusu Dağlıq Qarabağ xalqının soyqırımının qarşısını alan yeganə mexanizm deyil". Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin də belə funksionallığı var. 

“Rusiya Dağlıq Qarabağın mülki əhalisinin qətliamının mümkünlüyünü rəsmən nəzərə alıb, əhalinin və mülki infrastrukturun təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürüb.

Ümidvarıq, Rusiya Federasiyası yuxarıda göstərilən funksiyanı tam şəkildə yerinə yetirəcək, amma əgər bizim dostumuz və müttəfiqimiz Rusiya Federasiyası bu rolu hər hansı obyektiv səbəbə görə yerinə yetirə bilmirsə, fikrimcə, o, BMT Təhlükəsizlik Şurasına müraciət etməli və kütləvi qırğın təhlükəsi barədə məlumat verməlidir. Dağlıq Qarabağda mülki əhalinin və mülki infrastrukturun dağıdılması və bunun qarşısını almaq üçün Dağlıq Qarabağda, həmçinin Laçın dəhlizində əlavə beynəlxalq mexanizmlərin tətbiqi üçün zərurət var”, - deyə Nikol Paşinyan bildirib.

Paşinyan çıxışında həmçinin qeyd edib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb. 

“Bununla biz sülh müqavilə layihəsi üzrə müzakirələrin dördüncü mərhələsinə keçdik. Yaxın vaxtlarda hər şeyi müzakirə edib şərhlərimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, - deyə Paşinyan vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,7 milyon adam gəlib.  Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çoxdur. https://toplum.tv/siyaset/pazerbaycan-ve-ermenistan-resmilerinin-serhedde-harada-goumlruumlseceyi-melum-olubp Əcnəbi turistlərin gəldiyi ölkələrin ilk beşliyi belədir:  1. Rusiya Federasiyası 30,7% 2. Türkiyə 17,9%  3. İran 7,7% 4. Hindistan 5,1% 5.Gürcüstan 4,8% 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı isə 27,1 faiz artaraq təxminən 1,5 milyon nəfər olub. Azərbaycan vətəndaşları ən çox Rusiya Federasiyasına, Gürcüstana, Türkiyəyə və İrana səfər ediblər. 2023-cü ilin yanvar-oktyabr aylarında...
Siyasət

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 29-da "Turan" informasiya agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.  Bildirilir ki, karyera diplomatı olan Libbi, təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Li Litzenberqer postunu tərk etdikdən sonra Vaşinqton Azərbaycanda səfir təyin etməmişdi. https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Libbinin Bakıya gəlişi dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonraya təsadüf edir. Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo