Paşinyan Bakının sülh müqaviləsi ilə bağlı şərtlərinin qəbul etmədiyini deyir
Yerevan İlham Əliyevin Ermənistanın sərhədin delimitasiyası ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli olduğu, əks halda sülh müqaviləsi bağlanmayacağı haqqında 18 mart tarixli bəyanatını qəbuledilməz hesab edir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında bildirib.
O, bunu "təcavüz aktı" və "yüksək səviyyədə əldə olunmuş razılaşmaların kobud pozuntusu" adlandırıb. Xüsusən, Paşinyan "BMT Nizamnaməsinə və 1991-ci il tarixli Almatı Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin pozulmazlığının qarşılıqlı tanınması haqqında" əvvəlki razılaşmalara istinad edib.
Paşinyanın sözlərinə görə, bu bəyanatlarda sovet respublikalarının sərhədlərinin onların dövlət sərhədi olduğu qeyd edilib, amma "Azərbaycan daim hansısa tarixi xəritələr əsasında delimitasiyadan danışır ki, bu, tamamilə qəbuledilməzdir".
Buna görə Ermənistan razılaşmaların həyata keçirilməsi üçün də "beynəlxalq mexanizmlərə ehtiayc olmasında" israr edir.
Paşinyan həmçinin İlham Əliyevin Talış kəndindəki çıxışına toxunub, onu "etnik təmizləmə və soyqırım siyasətinin dəlili" adlandırıb.
Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini və ya "inteqrasiyanı" onların evlərini söküb, yerində azərbaycanlılar üçün ev tikməklə nümayiş etdirir, deyə Paşinyan bildirib
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb