Siyasət

Paşinyan Əliyevin açıqlamasından və Moskvadakı görüşdən narazı qalıb

Toplum TV
29 May, 2023
193

Rəsmi səhifə

Nikol Paşinyan

Ermənistanın baş naziri hesab edir ki, Bakı və beynəlxalq tərəfdaşlar İlham Əliyevin verdiyi açıqlamaların Brüssel razılaşmalarından imtina demək olub-olmadığını aydınlaşdırmalıdırlar. 

Toplum Tv xəbər verir ki, İlham Əliyev mayın 28-də Laçında verdiyi açıqlamada Qarabağ seperatçılarına səslənmiş, erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlamışdı. 

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

https://toplum.tv/siyaset/pnikol-pasinyanla-ilham-eliyev-arasinda-muumlbahisep

Mayın 29-da parlamentdə çıxış edən Nikol Paşinyanın sözlərinə görə, Əliyevin bəyanatların mətni Brüssel razılaşmalarından imtinaya çox yaxındır. "Amma mən şərh vermək istəmirəm. Bundan sonrakı hərəkətlərimizi başa düşmək üçün bizə aydınlıq lazımdır", - deyə o qeyd edib.  

Hökumət başçısı həmçinin "Laçın dəhlizinə qoyulan blokun" açılması ilə bağlı Moskva müzakirələrinin nəticələrindən razı olmadığını dilə gətirib. O, "yolun bağlanmasının" Rusiya sülhməramlılarının iştirakı ilə baş verməsindən narahat olduğunu bildirib. 

"Yerevan Dağlıq Qarabağdakı humanitar vəziyyətin həlli və Laçın dəhlizinin blokunun açılması üçün müzakirələri davam etdirəcək",  -deyə Paşinyan qeyd edib. 
Onun sözlərinə görə, Yerevan ölkənin suverenliyi və yurisdiksiyası prinsipi əsasında kommunikasiyaların açılmasına hazırdır, hazırda dəmir yolunda işlər gedir.

Baş nazir onu da bildirib ki, hələlik Ermənistan və Azərbaycan arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur. O, həmçinin iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin (AST) Sammiti çərçivəsində iki ölkə arasında sülh sazişinin bağlanması ehtimalını da təkzib edib. 

"Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb. Bu, sənədin dördüncü nəşridir, lakin hələlik heç bir cavab yoxdur”, - deyə o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo