Siyasət

Paşinyan: Ermənistan Qarabağdakı əməliyyatlarda iştirak etmir

Toplum TV
19 Sentyabr, 2023
124

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan

Azərbaycanın Qarabağda başlatdığı anti-terror əməliyyatından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında canlı yayıma çıxıb. 

Toplum TV-nin xəbərinə görə, Baş nazir çıxışında hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin stabil olduğunu bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı münaqişəyə cəlb etmək istəyir. 

https://toplum.tv/siyaset/pankaradan-qarabagdaki-emeliyyatla-bagli-accediliqlamap

"Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”, - deyə o bildirib. 

Baş nazir Azərbaycan Dağlıq Qarabağ ermənilərini etnik təmizlənməyə məruz qoymaq üçün quru əməliyyatına başladığını iddia edib. 

"Artıq baş verənləri Ermənistanın bu və ya digər qərarı ilə əlaqələndirmək cəhdləri edilir, amma Yerevan heç kimə Dağlıq Qarabağda etnik təmizləmə aparmaq mandatı verməyib. Dağlıq Qarabağ erməniləri həmişə gündəmimizdə olub və qalır",  - Paşinyan deyib və əlavə edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri mövcud deyil. 

O, həmçinin Rusiya sülhməramlı qüvvələrini təcili tədbirlər görməyə çağırıb.

Baş nazir çıxışında onu da bildirib ki, Qarabağdakı hadisələr fonunda Ermənistanda dövlət çevrilişinə dair çağırışlar var, dövlət bu çağırışlara qanuna uyğun reaksiya verəcək. 

Ermənisan mətbuatının yazdığına görə, hazırda Yerevanda hökumət evinin qarşısında Qarabağda baş verənlərlə bağlı etiraz aksiyası keçirilir. 

Aksiya iştirakçıları Nikol Paşinyanı istefaya çağırırlar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...
Siyasət

Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.  Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir. Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir: "Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir". https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp XİN...

Seçilmiş Videolar

Toplum TV loqo