Siyasət

Paşinyan: KTMT Ermənistanı tərk edir

Toplum TV
14 Mart, 2023
170

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan

"Ermənistan KTMT-ni tərk etmir, təşkilatın özü Ermənistanı tərk edir".

Toplum TV "Armenpress"-ə istinadən xəbər verir ki, bunu martın 14-də Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT baş katibinin müavini kvotasından imtina etməsi ilə bağlı jurnalistlərin sualına münasibət bildirərkən deyib.

Paşinyan bildirib ki, KTMT-nin baş katibi 2022-ci ildə ona deyib ki, təşkilat daxilində Ermənistanın onu tərk edə biləcəyi ilə bağlı narahatlıqlar var. Baş nazir belə şərhləri yersiz hesab etdiyini bildirib və Ermənistanda KTMT-nin özünün Ermənistandan çıxa biləcəyi ilə bağlı narahatlıq olduğunu çatdırıb.

https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-bakida-goumlruumlsmek-teklifini-redd-edibp

Paşinyan bildirib ki, Ermənistan uzun müddətdir KTMT ilə çox ardıcıl şəkildə işləyir və bunu davam etdirir. Onun sözlərinə görə, Ermənistan öz prinsiplərini təşkilata çatdırıb.

“Söhbət KTMT-nin ən azı Ermənistan ərazisində fəaliyyət göstərib-işləməməsindən, mövcud olub-olmamasından gedir.  Biz bu sualla üzləşməyə hazırıq”, - Paşinyan deyib.

O, 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində  baş verən hərbi toqquşmalar fonunda "KTMT-nin səssiz qalmasını" xatırladıb.

Baş nazir Yerevanın KTMT-yə müraciət etməsi üçün və KTMT-nin hərbi yardımı üçün bütün əsasların olduğunu, amma dəstəyin gəlmədiyini vurğulayıb.

“Bizim qiymətləndirməmiz odur ki, biz yox, KTMT bizi tərk edir və bu da narahatlıq doğurur”, - deyə Paşinyan bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo