Paşinyan "Dağlıq Qarabağ xalqının" suveren dövlət qurmaq hüququndan danışıb
Açıq mənbələrdən götürülüb
Nikol Paşinyan
"Azərbaycanın aqressiv ritorikası durmadan artıb. 2020-ci il müharibəsindən əvvəl də, sonra da artıb və mən hesab edirəm ki, indi həm Ermənistanla sərhəddə, həm də Dağlıq Qarabağda eskalasiyanın artması ehtimalı çox yüksəkdir".
Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, martın 14-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Azərbaycanın ritorikasının getdikcə aqressivləşdiyini" demək üçün səbəbləri var
"Biz əminik və 100 faiz bilirik ki, təcavüzkar hərəkətlərə təşəbbüs edən Ermənistan deyil, buna görə də Avropa İttifaqının (Aİ) müşahidəçilərini dəvət etmək qərarına gəldik", - Paşinyan bildirib və əlavə edib ki, burada məqsəd Aİ-nin vəziyyətlə yerində tanış olmasına şərait yaratmaq olub.
https://toplum.tv/siyaset/ppasinyan-ktmt-ermenistani-terk-edirp
Onun iddiasına görə, 2022-ci ilin oktyabrında Praqada əldə olunan ilkin razılaşmaya əsasən, Azərbaycan-Ermənistan sərhədinin və ya təmas xəttinin hər iki tərəfində Aİ müşahidəçiləri olmalı idi.
"Azərbaycan Prezidenti hamının yanında buna razılıq verdi, amma sonra bu variantdan imtina etdi. Azərbaycan bizi ittiham edirdi ki, Dağlıq Qarabağda ordumuz var. Mən dedim, bizim Dağlıq Qarabağda ordumuz yoxdur. Onu da dedim, bu, mübahisənin sonu yoxdur, biz belə edə bilərik: Dağlıq Qarabağa beynəlxalq müşahidəçilər dəvət edilsin, onlar vəziyyəti yerindəcə qiymətləndirsinlər və məruzə ilə çıxış etsinlər. Azərbaycan bu variantı rədd etdi. Bu gün də mən belə hesab edirəm ki, beynəlxalq ictimaiyyət eskalasiyanın artması riskinin çox yüksək olduğunu və Laçın dəhlizinin [Azərbaycan tərəfindən] bağlanmasını və [nəticədə] Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu, habelə Azərbaycanın etnik təmizləmə aparmaq üçün aşkar hazırlıqlar gördüyünü nəzərə almalıdır. Buna görə də bizim mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ və Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərmək yaxşı hadisə olardı”, - Paşinyan bildirib.
Ermənistanın baş naziri bəyan edib ki, burada ən mühüm məqam insan amili və xalqın iradəsidir. Onun sözlərinə görə, "Dağlıq Qarabağ xalqının suveren dövlət qurmaq" haqqı var.
"Burada ən mühüm amil Dağlıq Qarabağ xalqının öz vətənində yaşamaq istəyidir. Bütün söhbət bundan gedir. Azərbaycan Dağlıq Qarabağ xalqının öz vətənində yaşamaq iradəsini qırmağa çalışır. Əgər bu iradə möhkəm qalsa, hər şeyi bu həll edəcək.
Kimsə düşünə bilər ki, erməni xalqının müstəqil dövlətə sahib olmaq iradəsi qırıla bilər, mənsə belə düşünmürəm. Müstəqil suveren dövlətə sahib olmaq iradəmizi ortaya qoymalıyıq.
Bütün hallarda müstəqil, suveren dövlətə sahib olmaq iradəsini zəiflətməyə yönəlmiş və mənbəyi kənardan gələn hərəkətləri görməyimiz, dəyərləndirməyimiz çox vacibdir. Ermənistan daxilində belə bir mənbə yoxdur. Belə təzahürlər varsa da, onların mənbəyi xaricdəndir
Gərginliyin artmasında günahkar olmadığımızı sübut etmək çox vacibdir. Biz sərhəddə bu problemi həll etmişik. Dağlıq Qarabağda da o mexanizm var, ümid edirəm, düzgün işləyəcək. Söhbət Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələri və onların açıqladığı faktlardan gedir”, - deyə Paşinyan çıxışında qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə