Siyasət

Paşinyan sülh sazişi üçün şərtini açıqladı

10 Yanvar, 2023
1478

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün şərt irəli sürüb. 

Toplum TV xəbər verir ki, bu barədə o, yanvarın 10-da keçirdiyi mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, Yerevan sənəd Ermənistanın dövlət maraqlarına uyğun gəlməyəcəyi təqdirdə onu imzalamaqdan imtina edəcək.

https://toplum.tv/siyaset/permenistan-ktmt-telimlerini-keccedilirmekden-imtina-etdip

"Ermənistan saziş bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək", - deyə Baş nazir bildirib. 

Ermənistan lideri bununla yanaşı əlavə edib ki, hazırda problem sənədin məzmununda deyil, onun icra mexanizmindədir. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı da “tam yerinə yetirilməmiş” adlandırıb.

Paşinyan çıxışında eləcə də qeyd edib ki, Azərbaycan heç vaxt Ermənistanın ərazi bütövlüyünü tanımayacaq:  

"2021-ci ilin mayında və ötən ilin sentyabrında baş verənlər belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycan heç vaxt Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, əksinə, Bakı qarşısına yeni ərazi iddiaları ilə çıxış etmək vəzifəsini qoyub". 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo