Etiraz aksiyası
Turan
Narkotik alverində təqsirli bilinərək həbs edilən dindarların yaxınları bu gün Azərbaycan Prezident Administrasiyası yaxınlığında etiraz aksiyası keçirib.
Toplum TV "Turan"-a istinadən xəbər verir ki, etirazçılar həbs olunanların portretlərini qaldıraraq günahsız olduqlarını bəyan ediblər.
Etirazçılardan biri açıqlamasında bildirib ki, ittihamlar rəsmən narkotiklə bağlı irəli sürülsə də, həbs olunanlar İranla mümkün əlaqələrə görə dindirilir və hökumətyönlü təbliğat kanalları onları “İran casusu” kimi təqdim edir.
https://toplum.tv/mehkeme/pelizamin-salayeve-houmlkm-oxundup
Polis aksiyanın gedişinə müdaxilə etməyib, aksiya iştirakçılarına Administrasiyanın qəbul şöbəsinə müraciət etməK tövsiyə edilib.
Etirazçılar sonda avtobusa mindirilərək ərazidən uzaqlaşdırılıb.
Son vaxtlar İran xüsusi xidmət orqanlarının agentləri kimi təqdim olunan 100-dən çox şəxs həbs edilib. Sonradan məhbusların əksəriyyəti narkotik ittihamı ilə ittiham olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür