Açıq mənbələrdən götürülüb
Vasif Tağıyev
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub.
Toplum Tv xəbər verir ki, bu barədə fevralın 3-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
https://toplum.tv/siyaset/pilham-eliyev-iran-polisi-her-hansi-ciddi-tedbir-goumlrmeyibp
Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə, Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Həmçinin Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalına layiq görülüblər.
Xatırlatma
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8:30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirib.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə