Açıq mənbələrdən götürülüb
Famil Nəsibov
Aqrar Universitetin korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.
Toplum TV xəbər verir ki, bu barədə fevralın 3-də Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.
https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-ruumlsvetxorluq-artib-hesabatp
"Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb", - deyə məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.
Famil Nəsibov 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddə ilə ittiham elan edilir. Onun barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı tədbiri seçilib.
Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir, - deyə qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə