Siyasət

Putin Azərbaycanın Rusiya-İran sazişinə qoşulmasını istəyir

Toplum TV
25 May, 2023
154

Rəsmi səhifə

Putin - Əliyev

“Rusiya Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə tezliklə qoşulacağına ümid edir”.

Toplum Tv TASS-a istinadən xəbər verir ki, bunu mayın 24-də Avrasiya İqtisadi forumunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib. 

Putin xatırladıb ki, mayın 17-də Rusiya Federasiyası ilə İran arasında Rəşt-Astara dəmir yolunun hissəsinin çəkilməsi haqqında saziş imzalanıb: “Bu, Rusiyanın Baltik və şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə imkan verəcək. Bu il yeni filialın tikintisinə başlanılacaq”.

Rusiya prezidenti çıxışında həmçinin qeyd edib ki, dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir.

"Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda müvafiq sənədlərin hazırlanması və imzalanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. Söhbət məhz, Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yükdaşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişlərdən gedir”, - deyə Putin vurğulayıb. 

https://toplum.tv/iqtisadiyyat/prusiya-ve-iran-rest-astara-demir-yolu-ile-bagli-raziliga-geldip

Xatırlatma

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xətti tikib.

Azərbaycan həmçinin əvvəlki illərdə Şimal-Cənub dəmiryolu dəhlizinin İranda inşasına 500 milyon dollar investisiya yönəldib.

2022-ci il sentyabrın 9-da Bakıda dəhlizin inkişafına dair Azərbaycan, Rusiya və İran üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo