Açıq mənbələrdən götürülüb
Putin və Paşinyan
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı Bakı, Yerevan və Moskva arasında üçtərəfli sazişlərin icrası müzakirə olunub.
Toplum TV xəbər verir ki, bu barədə martın 13-də Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmaların icrasını, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsinə dair addımları müzakirə ediblər.
https://toplum.tv/siyaset/presmi-baki-qarabag-ermenilerini-bakida-goumlruumlse-devet-edibp
Putin Ermənistanın baş naziri ilə Dağlıq Qarabağ üzrə bütün məsələlərin konstruktiv şəkildə,tərəflər və Rusiya sülhməramlıları arasında sıx təmasda olmaqla həllinin vacibliyini də müzakirə edib.
Kremlin mesajında qeyd olunur ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün məlum sazişlərin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı addımlar, regionda və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlanması məsələsi müzakirə olunub", - deyə məlumatda qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə