Siyasət

Qarabağ Dirçəliş Fondu 1,2 milyon manata kitab nəşr etdirir

Toplum TV
7 Noyabr, 2023
473

Açıq mənbələrdən götürülüb

Qarabağ Dirçəliş Fondu bir kitabın nəşrinə 1,2 milyon manata yaxın vəsait ayırır.

Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 7-də Dövlət Satınalmalar Agentliyinin saytında məlumat dərc olunub. 

Məlumata əsasən, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın ərsəyə gəlməsi üçün “Media Prima Advertising Agency” adlı təşkilatla müqavilə bağlanıb. Sifarişin dəyəri 1 178 672 manatdır.

Sosial şəbəkədə bu barədə məlumat yayıldıqdan sonra Qarabağ Dirçəliş Fondu açıqlama yayaraq, nəşrin sadə kitab deyil, ağıllı kitab olduğunu bildirib:

“Qeyd edək ki, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur (Graeme Wilson).

Q.Vilson Azərbaycan haqqında müxtəlif əsərlərin, o cümlədən Prezident İlham Əliyevin bioqrafiyası «A Portrait of a President», ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən «The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan», «Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt ölməyən arzu» kitabı, həmçinin Ermənistanın işğalçı rejiminin Qarabağdakı qanunsuz fəaliyyətinə dair materialların müəllifidir”.

Bu kitabların üçünün - İlham Əliyev, Heydər Əliyev və Xalq Cümhuriyyəti haqqında kitabların məsləhətçi və redaktoru Rəhman Hacıyev olub. Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədridir.

Fond bildirir ki, “Media Prima Advertising” şirkəti ilə müqavilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq bağlanıb. Halbuki e-tender.gov.az portalında dərc olunan məlumata görə, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Elan da verilməyib. Qarabağ Dirçəliş Fondu birbaşa müqavilənin bir mənbə ilə bağlanmasını təcililik zərurəti və müəllif hüquqlarının “Media Prima” şirkətinə aid olması ilə izah edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo