Siyasət

Qarabağ separatçıları ABŞ Dövlət Departamentinin bəyanatından narazıdır

1 İyun, 2023
125

Açıq mənbələrdən götürülüb

Xankəndi

Qondarma "Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirliyi" ABŞ Dövlət Departamentinin son bəyanatından narazı qalıb. 

Toplum TV xəbər verir ki, söhbət Dövlət Departamentinin sözçüsü Metyu Millerin Kişinyov danışıqları öncəsi, mayın 31-də verdiyi bəyanatdan gedir. 

"Biz baş nazir Paşinyanın sülh danışıqlarına sadiqliyini yüksək qiymətləndiririk və Prezident Əliyevin [Qarabağ üçün] amnistiyanı müzakirə etmək barədə son bəyanatlarını alqışlayırıq”, - Miller açıqlamasında vurğulamışdı. 

"Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirliyi" bu bəyanatın "dərin məyusluq və çaşqınlıq" yaratdığını bildirib. 

Qarabağ separatçıları hesab edirlər ki, Azərbaycan Prezidentinin çıxışında "alqışa layiq müsbət bir şey tapmaq" mümkün deyil. 

"Aydındır ki, Azərbaycan Prezidentinin bəyanatlarında əsas mesaj Azərbaycanın "Artsax Respublikası"nın demokratik yolla seçilmiş hakimiyyət orqanları ilə bərabərhüquqlu dialoqdan imtina etməsi və öz hakimiyyətini "Artsax xalqına güc yolu ilə sırımaq istəyi" ilə bağlıdır

Biz ABŞ-ın "Azərbaycan-Qarabağ münaqişəsi"nin ədalətli, balanslaşdırılmış və ləyaqətli həllinə nail olunmasında və regionda uzunmüddətli sülhün bərqərar olunmasında müsbət rol oynamaq niyyətinə şübhə etmirik. Eyni zamanda, hesab edirik ki, Bakının destruktiv və düşmənçilik siyasətinin təşviqi münaqişənin sülh yolu ilə həllində müsbət dəyişikliklərə nail olmaq istəyinə ziddir”, - şərhdə bildirilib. 

https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip

Xatırlatma

İlham Əliyev mayın 28-də Laçında verdiyi açıqlamada Qarabağ separatçılarına səslənib və erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.

““Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir.

Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - deyə Prezident açıqlamasında vurğulamışdı. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo