Qarabağ separatçıları: Ağdam yolunun açılmasından danışmaq düzgün deyil
Açıq mənbələrdən götürülüb
David Babayan
""Artsaxda" yollar açıq deyil, söhbət sadəcə humanitar yardım daşıyan iki yük maşınının keçidindən gedir".
Toplum TV "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bunu sentyabrın 18-də qondarma "Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri" David Babayan mətbuata açıqlamasında deyib.
Azərbaycan rəsmilərinin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun humanitar yüklər üçün eyni vaxtda açılması xəbərlərinə münasibət bildirərkən Babayan deyib ki, yolun açılmasından danışmaq düzgün deyil.
“Biz həm Azərbaycan, həm də Ermənistanın yerli media orqanlarında “yolların açılması” barədə müəyyən spekulyasiyaların başladığını görürük. Yollar açıq deyil. Sadəcə olaraq, Laçın dəhlizində külli miqdarda humanitar yük yığılıb. "Artsax" əhalisi, sözün hərfi mənasında, aclıqdan ölür. "Artsax"a heç olmasa, bir damcı yardım, ilk növbədə un gətirmək lazım idi. Bərdədə Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yükü dayanmışdı. Maşına İsveçrə, İspan və Rusiya malları, əsasən gigiyena vasitələri və dərmanlar yüklənib. Bu maşının Ağdamdan keçirilməsi ilə bağlı razılıq əldə olunub - sürücü azərbaycanlı deyil, maşın Azərbaycana məxsus deyil, nömrə Azərbaycana məxsus deyil, mal Azərbaycana məxsus deyil. Bu, Qorisdən aclıq çəkən "Artsax"a 20 ton unun daşınmasına icazə verilsin deyə edilib", - Babayan açıqlamasında deyil.
O həmçinin qeyd edib ki, Azərbaycan istehsalı olan heç bir malı qəbul etmirlər.
"Yol açıq deyil - bir yük maşını Əsgərana Ağdamdan digəri isə Qorisdən gəlib. Əslində olan budur”, - David Babayan açıqlamasında bildirib.
Xatırladaq ki, sentyabrın 17-də Qarabağın erməni əsilli sakinlərinə humanitar yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılığın əldə olunduğu barədə məlumat yayılıb.
Bundan sonra BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılacağı qeyd olunmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır
Bakıda 20 yaşlı qız Ermənistana casusluq maddəsiylə həbs olunub