Siyasət

Qarabağ seperatçıları Bakıda görüş təklifini rədd edib

Toplum TV
14 Mart, 2023
209

Açıq mənbələrdən götürülüb

Xankəndi

"Azərbaycan nümayəndələri ilə görüşlər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə və əvvəlki görüşün baş tutduğu yerdə keçirilə bilər".

Toplum TV "Azadlıq Radiosu"nun erməni redaksiyasına istinadən xəbər verir ki, bu barədə qondarma "Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirliyi" məlumat yayıb. 

Separatçılar həmçinin humanitar, infrastruktur və texniki məsələlərin “həddindən artıq siyasiləşdirilməməsi” şərtiylə iclasın gündəliyinə salınmasını tələb edirlər.

Azərbaycan hökumətinin Qarabağın erməni nümayəndələrini “reinteqrasiya ilə bağlı növbəti müzakirə” üçün Bakıya dəvət etməsinə isə qondarma "Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirliyi" belə cavab verib:

"Münaqişənin həllinə yönəlmiş danışıqlar beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda “tərəflərin bərabərliyinə və üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə dair beynəlxalq təminatlar əsasında” aparılmalıdır".

Bakıda reinteqrasiya üçün görüşmək təklifinə qondarma respublikanın "parlamenti" də qarşı çıxıb. 

Qondarma "Dağlıq Qarabağ Respublikası parlamentinin müdafiə və təhlükəsizlik Komissiyasının sədri" Seyran Ayrapetyan “Azatutyun” radiosuna deyib ki, onlar Bakının təklifini qəbul etmirlər. 

"Qarabağın müstəqilliyinin alternativi yoxdur və əgər Azərbaycan Prezidenti İlham Əliyev "Dağlıq Qarabağın prezidenti Arayik Arutyunyanı" üçüncü ölkədə Qarabağın öz müqəddəratını təyin etməsi bağlı məsələnin müzakirəsi üçün görüşə dəvət edərsə, onlar görüşə hazırdırlar", - Ayrapetyan deyib. 

O həmçinin bildirib ki, inteqrasiya, reinteqrasiya - məsələnin cür qoyuluşu dərhal rədd edilir. 

"Biz, reinteqrasiya və ya inteqrasiya haqqında deyil, öz müqəddəratını təyinetmə hüququmuzun tanınması və digər məsələlərlə bağlı danışıqlar apara bilərik”.

https://toplum.tv/siyaset/pputin-ve-pasinyan-azerbaycanla-suumllh-muumlqavilesini-muumlzakire-edibp

Xatırlatma

Martın 13-də Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda ikinci görüş keçirməyə dəvət edib. 

Məlumata görə, Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıya reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün dəvət edilib.

Azərbaycan rəsmiləriylə Qarabağ ermənilərinin təmsilçiləri arasındakı ilk görüş martın 1-də Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutmuşdu. 

Bildirilirdi ki, görüş zamanı Azərbaycan qanunvericiliyinə uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair müzakirələr aparılıb.

Bu məlumatın yayılmasından sonra Qarabağ seperatçılarının liderləri reinteqrasiyası mövzusunun müzakirə olunması xəbərini təkzib etmişdilər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo