Siyasət

Qarabağ separatçıları Əliyevə cavab verdi

Toplum TV
29 May, 2023
343

Açıq mənbələrdən götürülüb

Qarabağ seperatçıları

Qarabağ separatçılarının lideri Araik Aratyunyanın sözçüsü Lusine Avanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib. 

Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib. 

"Arutyunyan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazır olduğunu bildirib. 

Üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Artsax xalqı" ilə güc dili ilə danışıb, biz lokal hərbi fəaliyyətlə düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanın şahidi olmuşuq və olmaqda davam edirik. Bu dəfə isə Azərbaycan Prezidenti "Artsax xalqı"nın seçilmiş hakimiyyət orqanlarına qeyri-qanuni tələbləri irəli sürüb", - Avanesyan deyib. 

Onun sözlərinə görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" və "parlamenti" "Artsax xalqı"nın fundamental mandatına malikdir, demokratik prinsiplər və "konstitusiya" əsasında seçiliblər.
 
"Azərbaycan Prezidenti yaxşı bilir ki, bu "dövlət" institutları "Artsax"ın subyektivliyinin əsas mənbəyidir və bu cür tələblər irəli sürməklə, o, əslində bu qurumların legitimliyini və əhəmiyyətini tanıyır", - Arayikin sözçüsü iddia edib. 

"Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsinə yönəlmiş fəal beynəlxalq səylərlə yanaşı, Azərbaycan Prezidentinin "Artsax xalqı"na və "dövlətçili"yinə növbəti təhdidləri bu səylərin səmərəliliyi perspektivlərini pozmağa yönəlib.

Azərbaycanın heç bir beynəlxalq prinsip və öhdəliklərə əməl etmədiyini vurğulayan "prezident" Arutyunyan, Üçtərəfli Bəyanatın tərəflərinə və BMT Təhlükəsizlik Şurasına ünvanladığı 23 may 2023-cü il tarixli mesajındakı müddəaları bir daha təsdiqləyir”, - deyə açıqlamada bildirilib. 

https://toplum.tv/siyaset/ppasinyan-eliyevin-accediliqlamasindan-ve-moskvadaki-goumlruumlsden-narazi-qalibp

Xatırlatma

İlham Əliyev mayın 28-də Laçında verdiyi açıqlamada Qarabağ separatçılarına səslənib və erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.

““Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir.

Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. ”, - deyə Prezident vurğulayıb və əlavə edib ki, separatçılara danışıqlar üçün növbəti müraciət olmayacaq:

"Biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

Regionda münaqişələrin davam etdirilməsi üçün heç bir səbəb yoxdur  Toplum Tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanaani sentyabrın 21-də gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp İran XİN Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında razılaşmadan məmnunluğunu bildirib. "Ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq. İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmətin tərəfdarıdır". - Nasser Kanaani açıqlamasında qeyd edib.  Onun sözlərinə görə, İran daimi və davamlı sülh prosesində region ölkələrinə yardım etməyə hazırdır. "Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemləri çətinləşdirir və əldə edilmiş...
Siyasət

Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir

Toplum TV
21 Sentyabr 2023

TASS

Qarabağdakı hərbi əməliyyatlar zamanı erməni tərəfdən azı 200 nəfər ölüb, 400-dən çox yaralı var.  Toplum Tv xəbər verir ki, bu barədə özünü qondarma rejimin ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan mətbuata açıqlamasında deyib.  O, eskalasiya zamanı 10 mülki şəxsin də öldüyünü iddia edib.  Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 20-də xəbər yayıb ki, sülhməramlılar bölgədən 3154 mülki şəxsi təxliyyə ediblər. Onların istirahət yerləri və isti yeməklərlə təmin olunduqları bildirilir. https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp Müdafiə Nazirliyi həmçinin xəbər verib ki, sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub....

Seçilmiş Videolar

Toplum TV loqo