Siyasət

Qarabağa qaz nəqli bərpa edilib

16 Dekabr, 2022
771

Xankəndində qaz növbəsi

Dağlıq Qarabağda təbii qaz təchizatı bərpa olunub. 

Toplum TV xəbər verir ki, bu barədə qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan özünün "Facebook" səhifəsində xəbər verib. 

Təbii qaz təchizatının bərpasını Vardanyan "qələbə" adlandırıb:

“Heç bir ilkin şərt olmadan, bizim tərəfimizdən heç bir güzəşt olmadan, qonşu dövlət Artsaxa qaz nəqlini bərpa etdi və bu, bizim qələbəmizdir, çünki biz birlik nümayiş etdirmişik".

https://toplum.tv/siyaset/pbmt-nin-bas-katibi-laccedilin-dehlizinde-bas-verenlere-muumlnasibet-bildirdip

Vardanyan açıqlamasında Şuşa-Laçın yolunun bu gün açıla biləcəyini də deyib. 

Dekabrın 14-də “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın Qarabağın erməni əhalinin yaşadığı hissəsinə qaz nəqlinin dayandırılmasına aidiyyatının olmadığını bəyan etmişdi. 

Məlumatda həmçinin qeyd olunmuşdu ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qazın verilməsi "Ermənistan tərəfindən həyata keçirilir və qeyd olunan ərazilər bizim ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 5 gündür davam edir. 

Azərbaycanlı etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər. Onlardan bəziləri mətbuata açıqlamalarında Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər. 

Bu gün yayılan məlumata görə, yoldan humanitar məqsədli gediş-gəliş bərpa olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan müxalifəti istefa üçün Paşinyana möhlət verib

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan müxalifətinin liderləri oktyabrın 5-ni hazırkı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmalı olduğu gün elan ediblər. Topkum Tv TASS-a istinadən xəbər verir ki, bu barədə etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyan açıqlama verib.  “Biz bütün qüvvələri birləşdirməliyik ki, oktyabrın 5-nə qədər, İlham Əliyevlə görüşünə qədər Paşinyan istefaya göndərilsin. Onun Ermənistan üçün hansı qanlı sənədləri yenidən imzalamağa hazır olduğunu heç kim bilmir. Biz buna imkan verməməliyik”, -  Tevanyan açıqlamasında bildirib. https://toplum.tv/siyaset/pxocalida-ermeni-sakinlerin-nuumlmayendeleriyle-goumlruumlsuumln-neticeleri-accediliqlandip Qeyd edək ki, oktyabrın 5-də Qranadada Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü planlaşdırılır.  Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan Qranadada iki ölkə arasında sülh sazişinin imzalanmasını istisna etməmişdi. 
Siyasət

Bakı Xankəndidəki partlayışda yaralananlara yardım göndərib

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayışda yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib. Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 26-da Azərbaycan Prezident Administrasiyası məlumat yayıb.  https://toplum.tv/siyaset/pxocalida-ermeni-sakinlerin-nuumlmayendeleriyle-goumlruumlsuumln-neticeleri-accediliqlandip Bildirilir ki, yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb. Xatırladaq ki, ötən gün Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Son məlumata görə, partlayışda ölənlərin sayı 20-ə çatıb, 300-ə yaxın yaralı var.

Seçilmiş Videolar

Toplum TV loqo