Açıq mənbələrdən götürülüb
Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi
Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə brifinq keçirib.
Toplum TV APA-ya istinadən xəbər verir ki, XİN-in sözçüsü Ayxan Hacızadə açıqlamasında Qarabağda böyük miqdarda silah-sursatın aşkarlandığını bildirib.
“30 illik işğal dövründə Azərbaycan əraziləri yalnız işğal edilməyib, bu ərazilərə silah da daşınıb. Bu ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan bununla bağlı beynəlxalq tərəfdaşlara çağırış etsə də, bununla bağlı reaksiya görmədik”, - XİN rəsmisi qeyd edib.
https://toplum.tv/siyaset/pavropa-birliyi-qarabag-ermenileri-qayitmaq-istemirse-mecbur-ede-bilmerikp
Onun sözlərinə görə, 24 saatlıq lokal antiterror tədbirlərinin nəticəsində Qarabağ regionuna böyük miqdarda silahların transfer edildiyi aşkar olunub:
“44 günlük müharibədən sonra nə qədər silahlar göndərilib. Bu silahların bir qismi 2021-ci il istehsalıdır. Azərbaycan əraziləri yeni istehsal olunmuş minalarla minalanıb, Azərbaycan ərazisində Ermənistan tərəfindən mülki və hərbi şəxslərə təlimlər keçirilib ki, onlar Azərbaycanın hərbi və mülki infrastrukturunu hədəf alsın”.
Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov isə işğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10 000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlandığını vurğulayıb.
O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır:
“19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV