Açıq mənbələrdən götürülüb
Arayik Harutyunyan
Dağlıq Qarabağ seperatçılarının lideri Arayik Harutyunyan regionda hərbi vəziyyət elan edib.
Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, hərbi vəziyyət barədə qərar azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası fonunda verilib.
Qərara əsasən, bir sıra qurumların hərbi iş rejiminə keçirilməsi, zərurət yaranarsa, sərbəst hərəkət hüququnu məhdudlaşdırılması, habelə ərazini tərk etmək üçün xüsusi rejimin təyin edilməsi, təhlükə yaradan obyektlərin mühafizəsinin həyata keçirilməsi və s. nəzərdə tutulur.
https://toplum.tv/multimedia/placcedilin-dehlizi-ne-bas-verecekp
Bu tədbirlərin həyata keçirilməsi üçün Operativ Qərargah da yaradılıb. Qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan isə Operativ Qərargahın rəhbəri təyib edilib.
Azərbaycan ekofəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 3 gündür davam edir. Yerli KİV aksiya iştirakçılarının sayının artmaqda olduğunu və paytaxtdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axınının davam etdiyini yazır.
Azərbaycanlı etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər. Onlardan bəziləri mətbuata açıqlamalarında Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
President.az
Rəsmi səhifə
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür