Sosial media
AXCP
Yenilənib.
AXCP Qazax şöbəsinin üzvü Fərid Əliyev 30 sutka müddətinə həbs olunub.
***
Qazax rayonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəallarının saxlanıldığı deyilir.
Toplum TV "Turan" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu haqda sentyabrın 17-i partiyanın Ali Məclisinin üzvü Ramil Carçıyev məlumat verib.
Carçıyevin verdiyi məlumata əsasən, AXCP üzvləri Tahir Vəliyev, Fəzail Əliyev və oğlu Fərid Əliyev saxlanılıb.
Yerli fəallardan Tahir Vəliyev açıqlamasında, saxlanılma səbəbinin Qazax rayonunun Ermənistan işğalında olan 7 kəndi haqda sakinlərdən aldığı müsahibə olduğunu iddia edib.
Bundan başqa, digər aktivist Fəzail Əliyevə qarşı məhkəməyə aparıldıqdan sonra inzibati xəta törətməklə bağlı "polisə tabe olmamaq" ittihamı irəli sürülüb. O, irəli sürülən ittihamla səbəbilə 200 manat cərimələnib.
Onun oğlu Fərid Əliyevin isə hələ də rayon polis bölməsində saxlanılıldığı qeyd edilir.
Cəbhəçilərin qeyd etdiyinə görə, ona qarşı "narkotik maddə işi" hazırlanır.
Hadisəylə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı
Açıq mənbələrdən götürülüb
Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb