Siyasət

Qubad İbadoğluna azadlıq tələbi ilə piket keçiriləcək

Toplum TV
25 Sentyabr, 2023
127

Açıq mənbələrdən götürlüb

Qubad İbadoğlu

Bakı şəhərində müxalif siyasətçi Qubad İbadoğlunun həbsinə etiraz olaraq piket keçiriləcək.

Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası məlumat yayıb.

Partiyanın elanına görə, etiraz piketi sentyabrın 26-da, saat 13:00 - 14:00 aralığında DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında baş tutacaq. 

Piketdə "ADR sədri Qubad İbadoğlunun qanunsuz həbsinə etiraz edirik!", "Ofisimizə giriş qadağasını qaldırın" və "ADR-ə aid sənədlərimizi qaytarın" tələblərinin irəli sürüləcəyi gözlənilir.

Elan

Etiraz təşkilatçıları bundan əlavə, piketlə bağlı sentyabrın 19-u BŞİH-nə uyğun xəbərdarlıq məktubu ilə müraciət edildiyini bəyan edib.

ADR açıqlamasında, piketin Azərbaycan  Respublikasının  "Sərbəst  toplaşma  azadlığı  haqqında  qanunu"-nun tələblərinə uyğun olaraq keçiriləcəyini və dinc xarakter daşıyacağını bildirib.

https://toplum.tv/siyaset/pnorveccedil-helsinki-komitesi-qubad-ibadoglunu-derhal-azad-etmeye-ccedilagiribp

Bildirək ki, Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını açıqlayıb.

ADR sədri ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo