Siyasət

Qubad İbadoğlunun qohumları barədə araşdırma aparıldığı bildirilir

16 Noyabr, 2023
136

Açıq mənbələrdən götürülüb

Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlunun Füzulidə yaşayan qohumlarının araşdırıldığı bildirilir. 

Toplum TV xəbər verir ki, bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat yayıb.

"Hakimiyyət nümayəndələri saxta ittihamlarla həbs olunmuş professor Qubad İbadoğlunun Füzuli rayonunda yaşayan qohumlarını son 4 ayda ikinci dəfə araşdırmağa və bu yolla onları qorxu və vahimə içərisində saxlamağa cəhd edirlər", - "Amerikanın Səsi" Qalib Toğruldan sitat gətirib.  

https://toplum.tv/siyaset/pboumlyuumlk-britaniya-qubad-ibadoglu-ile-bagli-azerbaycana-ccedilagiris-edibp

Bildirilir ki, birinci araşdırma Qubad İbadoğlu həbs olunandan sonrakı bir ay müddətində olub:

"Yenə başlayıblar, qohumlarımıza zəng edib, onları sorğu-suala tuturlar. Bu prosesdə Füzuli Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları xüsusi fəallıqları ilə seçilirlər".

"Amerikanın Səsi" xəbər verir ki, Füzuli rayon Polis Şöbəsindən mövqe almaq mümkün olmayıb, Füzuli Rayon İcra Hakimiyyətindən isə bu barədə məlumatsız olduqlarını bildiriblər.

Xatırladaq ki, Qubad İbadoğlu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.  

Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Siyasətçi ittihamları rədd edir və həbsinin siyasi fəaliyyətinə görə olduğunu bəyan edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo