"Abzas Media"-nın ofisindən 40 min avronun aşkarlandığı deyilir
Toplum TV
Abzas Medianın ofisində axtarış
Noyabrın 20-si səhər saat 11-dən etibarən "Abzas Media"nın ofisində axtarış aparılıb.
Toplum Tv xəbər verir ki, axtarışı Bakı Şəhəri Baş Polis İdarəsi həyata keçirib.
Saytın əməkdaşlarının məlumatına görə, axtarış 4 saatdan çox davam edib və jurnalistlər ofisə buraxılmayıb.
https://toplum.tv/siyaset/pabzas-medianin-direktorunun-saxlanildigi-ehtimal-olunurp
Həmçinin qeyd olunub ki, axtarış zamanı saytın ofisindən "40 min avro pul aşkarlanıb".
"Abzas Media" sosial hesabında yaydığı xəbərdə "aşkarlanan" vəsaitin onlara aid olmadığını, məqsədli şəkildə ofisə yerləşdirildiyini bəyan edib.
Hazırda saytın təsisçisi Ülvi Həsənlinin də evində axtarış davam edir.
Qeyd edək ki, bu gün Bakı Şəhəri Baş Polis İdarəsinin Ü. Həsənlini saxladığı məlum olub. Saxlanmanın səbəbi barədə rəsmi orqanlar hələ də açıqlama yaymayıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV